Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DARVİN DÖVLƏT TƏBİƏT QORUĞU

    DÁRVİN DÖVLӘT TӘBİӘT QORU­ĞU – RF-­də, Yaroslavl və Voloqda vil.-ləri ərazisindədir. 1945 ildə Rıbinsk su anba­rının inkişaf mərhələlərini və onun təbii komplekslərə təsirini öyrənmək məqsədilə yaradılmışdır. Moloqo-­Şeksna ovalığını və su anbarının şm.­-q. hissəsini əhatə edir. Sah. 1126 km2 (o cümlədən 455 km2 – ak­vatoriya). Relyefi düzənlikdir. Әrazinin 80%­-dən çoxunu sfaqnumlu bataqlıqlar və bataqlıqlaşmış qarışıq meşələr tutur. Su al­tında qalmış sahələrin sahilboyunu su bitkiləri basmışdır. Qoruq üçün su üzərinə çıxmış torf adaları xarakterikdir. Körfəzlər və dayazlıqlardan ovluq balıqların kürü tökməsi və yetişdirilməsi üçün, qamış cən­ gəlliklərindən isə su quşlarının yuvalaması və yemlənməsi üçün istifadə olunur. Flora­ sında təqr. 600 növ bitki var. Bunlardan ciyərşəkilli lobariya, biryumrulu qışlaqotu, əsl zöhrəçiçəyi, yumurtaşəkilli gizliçiçək, yarpaqsız saqqalüstü və s. RSFSR-­in “Qır­mızı kitab”ına daxil edilmişdir. Faunasında 37 növ məməli, o cümlədən sığın, qaban, canavar, qonur ayı, tülkü, porsuq, yenota­ bənzər it, sincab, ağ dovşan, qunduz, nadir halda vaşaq, susamuru, 230­-dan çox quş növü, o cümlədən qarabağır, tetra quşu, Sibir xoruzu, ağ kəklik, qu quşu, ördək, qa­ğayı, cüllüt, sərçə, qaraboğaz qaqara, hö­rümçək quşu və s. var. Qoruq köçəri qaşqa qazların dayanacaq yeridir. Buradakı ber­ kut, çay qaranquşu, ağquyruq qartal, ya­ palaq RF-­nin “Qırmızı kitab”ına daxil edilmişdir. Su hövzələrində çapaq, göy ba­lıq, dabanbalığı, filbalıq, qılıncbalıq, xə­şəm, xanı balığı, nalim, suf, durnabalığı, snetka məskunlaşmışdır. Son illər Xəzər mərsin balığı su anbarının əsas biokütləsinə çevrilmişdir. 2002 ildən D.D.T.Q. beynəl­xalq biosfer qoruq statusuna malikdir.

     Дарвин Дювлят Тябият Горуьу.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA