DARYAL DӘRӘSİ – RF (Şimali Osetiya) və Gürc.-da Terek çayının Yan silsiləni (Bö yük Qafqaz) kəsdiyi yerdə dünyanın ən mənzərəli və dərin (1000 m-dək) dərələrin dən biri. Hərbi Gürcüstan yolu D.d.-ndən keçir. Qışda teztez qar uçqunları baş verir. Yamaclarındakı Kazbegi qəs.-ndən Kazbek zirvəsinə (5033 m) mənzərə açılır. Alpinizm və dağ turizmi r-nudur. Qalaların (o cümlədən, Daryal) və gözətçi qüllələrinin, eləcədə orta əsrə məxsus Tamarissixe qalasının xarabalıqları saxlanılmışdır. D.d. qədimdən “Qafqaz qapısı” (“Alan qapısı”) kimi məlumdur.
Дарйал дяряси.