DARYÉN (Darién) MİLLİ PARKI – Panamanın c.-ş. hissəsindədir. Sah. 5970 km2. 1980 ildə yaradılmışdır. Yeni Dünya materikləri arasında körpü rolunu oynayır. Park landşaftlar müxtəlifliyi ilə fərqlənir: insan ayağı dəyməmiş yüksəkdağlıq tropik meşələr, kiçik savanna sahələri, sahilboyunda palma bataqlıqları və manqr kolluqları səciyyəvidir. Heyvanlar aləmi müxtəlifdir. Çoxsaylı meymunlar, bataqlıq və göllərdə timsahlar, sudonuzları var. Parkda, həmçinin Mərkəzi Amerika tapiri, oselot, yaquar, kol itinə, quru ərazilərdə nəhəng qarışqaye yənə rast gəlinir. Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Дарйен Милли Паркы.