DAŞ DӘNİZLӘR – yastı dağ zirvələrini örtmüş daş səpintisi sahəsi. Adətən meşə xəttindən yuxarıda, mövsümi və çoxillik donuşluq süxurlarının yayıldığı ərazilərdə yerləşir. Şaxta aşınması və soliflükasiya prosesləri nəticəsində yaranır. Ural, Sayan, Şərqi Sibirin d-rında rast gəlinir.