DAŞ KÖMÜR – yanar faydalı qazıntı kömür növü; kömürləşmə dərəcəsinə görə qonur kömürlə antrasitin arasındadır. Rəngi qara, qaraboz, səthi parlaq, yaxud tutqundur. Tərkibində 75–92% karbon, 2,5–5,7% hidrogen, 2–10% oksigen, 1,5%-ə qədər azot, 0,5–4% kükürd var. Tərkibinin 2– 45%-ni uçucu maddələr təşkil edir. Nəmli liyi 1–12%-dir. Yanarkən 30–37 MC/kq istilik ayrılır. Mineral qarışığı (kaolinit, illit, pirit, siderit, ankerit, kalsit, kvars və s.) 40%-i keçdikdə kömürlü şist adlanır. D.k.-ün sıxlığı onun petroqrafik tərkibindən, mineral qarışığının miqdarından, həmçinin metamorfizləşmə dərəcəsindən asılıdır və 1280–1500 kq/m3 arasında dəyişir. D.k.-lər üzvi qalıqların, əsasən, ali bitkilərin çürüntülərinin regional metamorfizmi nəticəsində yaranır və kömürləşmənin son mərhələsində yüksək təzyiq və temp-r nəticəsində antrasit və qrafitə çevrilir. D.k.-lərə Devondan tutmuş Neogendə daxil olmaqla (əsasən, Karbon, Perm, Yura) bütün geol. sistemlərdə rast gəlinir və müxtəlif dərinliklərdə (yer səthindən tutmuş 2500 m və daha çox dərinliyədək) müxtəlif qalınlıqlı (onlarla və yüzlərlə m-ədək) lay və linza formalı yataqlar əmələ gətirir.
Әn böyük yataqları (mlrd. t-la) Çin (857,9), ABŞ (568,3), Avstaliya (271,2), B.Britaniya (230,4), Hindistan (196,0), Almaniya (125,6), Rusiya (124,8), Kanada (115,4), Qazax. (28,2), Ukr. (16,3) və Polşadadır (14,0).
Даш кюмцр.