DAŞ KÖMÜR SİSTEMİ (DÖVRÜ), K a r b o n (lat. Carbo – kömür) – Paleozoy erateminin (erasının) aşağıdan beşinci sistemi (dövrü). Qlobal stratiqrafik (geoxronoloji) şkalada Devon sistemindən (dövründən) sonra, Perm sistemindən (dövründən ) əvvəl gəlir. Bu sistem ilk dəfə 1822 ildə ingilis geoloqları U. Konibir və U. Fillips tərəfindən B. Britaniyada (İngiltərə və Uels ərazilərində) ayrılmışdır. Adını sistemin çöküntülərində geniş yayılmış daş kömürdən alımışdır. D.k.d. 360 mln. il əvvəl başlamış və 65 mln. il davam etmişdir.
Stratiqrafik bölgü. D.k.s.-nin ümumi qəbul olunmuş bölgüsü yoxdur; Beynəlxalq, Rusiya, Qərbi Avropa və Şimali Amerika stratiqrafik şkalaları mövcuddur. Rusiyada D.k.s. 3 şöbəyə bölünür: Turne, Vize və Serpuxov mərtəbələrini əhatə edən alt şöbə, Başqırd və Moskva mərtəbələri – orta şöbə, Kasimov və Qjel mərtəbələri – üst şöbə. Qərbi Avropada Turne (2 mərtəbəsi ilə) və Vize (5 mərtəbəsi ilə) şöbələrini əhatə edən Dinant; Namyur (7 mərtəbəsi ilə), Vestfal (5 mərtəbəsi ilə) və Stefan (3 mərtəbəsi ilə) şöbələrini əhatə edən Sileziya yarımsistemlərini ayırırlar. Şimali Amerika D.k.s.-ni təxminən alt şöbəyə uyğun gələn Missisipi (4 mərtəbəsi ilə) və üst şöbəyə uyğun gələn Pensilvaniya (5 mərtəbəsi ilə) yarımsistemlərinə bölürlər. D.k.s.-nin Rusiya və Beynəlxalq stratiqrafik bölgüsü oxşardır. Çin və Yaponiyada da D.k.s.-nin bölgüsü mövcuddur, lakin məhdud yayılmışdır.
Azərb. Resp.-nda D.k.s.-nin çöküntüləri Nax. MRdə Arpaçay hövzəsindədir. Әsasən, boz rəngli əhəgdaşından, qismən gilli şistlərdən, qumdaşından ibarətdir. Xarakter faunası foraminiferlər və mərcanlardır.
Dövrün ümumi xarakteristikası. D.k.d.-ndə kontinentlərin yerləşməsi və konturları müasir vəziyyətinkindən xeyli fərqli idi. Karbon dövrünün əvvəlində Cənubi Amerika, Afrika-Әrəbistan, Hindistan, Avstraliya, Antarktida platformaları Qondvana cənub kontinentinin tərkibində idilər. Şm.-da Şimali Amerika və Şərqi Avropa platformalarını birləşdirən Lavrussiya və Sibir (Sibir plaforması) kontinentləri yerləşirdi. Qondvana və şimal kontinentlərini Paleotetis okeanı ayırırdı. Karbon dövrü müddətində kontinentlərin birbirinə yaxın laşması Yerin mütəhərrik qurşaqlarında Hersin tektonogez epoxasının təzahürü ilə nəticələndi. Kolliziyalar nəticəsində Avstraliya və Cənubi Amerikanın kənarlarında Yeni İngiltərə və Paleoand qırışıqlıq sistemləri formalaşdı. Karbonda baş verən kolliziyaların yekunu olaraq Pangeya super kontinenti yaranır. Karbonun 2-ci yarısında dağəmələgəlmə prosesləri aktivləşir, öndağlar, molasslarla dolmuş dağarası çökəklər formalaşır, vulkanik fəaliyyət güclənir.
Paleocoğrafi və paleoiqlim şəraitinə görə D.k.d. 2 bərabər hissəyə bölünür. Alt Karbonda Yer kürəsində isti iqlim hakim idi; kontinentlərin xeyli hissəsini azsulu dənizlər tuturdu, dənizlərin səviyyəsi yüksək idi. Güman olunur ki, Alt Karbonda Yer kürəsi atmosferində CO2-nin miqdarı müasir dövrə nisbətən 1,5 dəfə çox olmuşdur. Alt Karbonun sonunda, Orta və Üst Kar bonda Qondvanada örtük buzlaşmasının yayılması ilə əlaqədar Dünya okeanı səviyyəsi aşağı düşür, epikontinental dənizlərin sahəsi kiçilir, iqlimdə soyuqlaşma hiss olunur, lakin rütubətlilik yüksək olaraq qalır.
Üzvi aləm. Даш кюмцр дюврцндя дяниз ъанлылары арасында мцхтялиф йосунлар (Береселла, Унэдарелла, Донезелла вя с.), радиолйариляр (шцалылар), фораминиферляр, о ъцмлядян ири йелпийяохшар чанаьы олан фузулинидиляр (1 см-ядяк), ири ящянэ скелетли сцнэярляр (Ъщаететес), мяръанлар (табулйатлар вя ругозалар), чийинайаглылар (мяс., Эиэантопродуътус, Ъщориститес), гарынайаглылар вя икитайлы молйусклар, дяниз занбаглары цстцнлцк тяшкил етмишляр. Щямчинин мцхтялиф башыайаглы молйуск-аммонитляр (мяс., гониатитляр дястяси, Эониатитида) вя наутилоидейляр; конодонтлар вя балыглар да вар иди. Ширинсу щювзяляриндя гялсямятяняффцслцляр (чанаглы вя йастыайаглылар) вя икитайлы молйусклар чохлуг тяшкил едирди. Девон дюврц иля мцгайисядя бу дюврдя гуру ъанлы алями мювъуд иди. Гуру онурьасызлары чохайаглы вя щюрцмчяклярля тямсил олунмушду; дюврцн орталарында илкин олараг ганадлы ъцъцляр йаранды (палеодиктиоптерлярин ганадлары ачылмыш щалда 1 м-я чатырды). Гуру онурьалылары о гядяр дя нязяря чарпмырды; онлар, ясасян, кичик суда-гуруда йашайанлар иди; Даш кюмцр дюврцнцн орталарына йахын илк сцрцнянляр мейдана чыхды (котилозаврлар вя пеликозаврлар). Рцтубятли вя исти иглим шяраитиндя эениш яразилярдя Даш кюмцр дюврц цчцн характерик олан мешяляри формалашдыран чохлу аьаъ биткиляри инкишаф едирди. Тропик яразилярдя плаункимиляр (лепидодендронлар, сиэиллйариляр), гатыргуйруьукимиляр, тохумлу гыжылар вя чылпагтохумлулар, йцксяк енликли яразилярдя чылпагтохумлуларын нцмайяндяляри олан кордаитляр вя глоссоптерисляр цстцнлик тяшкил едирди. Батаглыгларда ири даш кюмцр йатаглары ямяля эятирян чохлу битки галыглары топланырды.
Faydalı qazıntılar. D.k.s.-nin çöküntüləri bütün materiklərdə yayılmışdır; platformalarda Şimal yarımkürəsində dəniz çöküntülərindən (əhəngdaşı, qumdaşı, gil və kömürlü çöküntülər), Cənub yarımkürəsində, əsasən, kontinental çöküntülərdən (qırıntı və buzlaq çöküntüləri) ibarətdir. Geosinklinallarda, həmçinin lava örtükləri, tuflar, tuffitlər, qırıntılısilisiumlu çöküntülər, fliş inkişaf etmişdir. D.k.s.-nin çöküntülərində daş kömür, qonur kömür, neft, qaz, boksit, qurğuşun, sink, mis, qalay, volfram, qızıl, gümüş, dəmir filizi yataqları var. Daş kömür yataqlarının əksəriyyəti Avropa və Şimali Amerikadadır. Şərqi Avropadakı Donetsk (Ukrayna, Rusiya); Qərbi və Mərkəzi Avropadakı Cənubi Uels, Yorkşir, Cənubi Şotlandiya və Şimali Şotlandiya (B. Britaniya), Rur, Saar (Almaniya), Lotaringiya (Fransa), Asturiya (İspaniya), Yuxarı Sileziya, Lüblin (Polşa), Şpitsbergen (Norveç); Şimali Amerikadakı Appalaç, Pensilvaniya, İllinoys (ABŞ); Asiyadakı Kuznetsk, Qorlovsk, Tunqus (Rusiya), Karaqanda, Eki bastuz (Qazax.), Zonquldağ (Türkiyə), Çinin şm.-ş. hissəsində və Monqolustandakı daş kömür hövzələri D.k.s.-nin çöküntüləri ilə əlaqədardır.