DAŞ SALAHLI – Azərb. Resp. Qazax r-nunda kənd. Daş Salahlı ə.d.-nin mərkəzi. R-n mərkəzindən 12 km şm.-q.-də, Coğaz çayının (Ağstafa çayının qolu) sahilindən 3 km aralı, Aveydağın ətəyindədir. Әh. 9100 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Bentonit emalı və şərab z-du, əhəng istehsalı sexi, daş karxanası, 2 tam orta məktəb, 3 uşaq bağçası, 3 kitabxana, 2 klub, mədəniyyət evi, tibb məntəqəsi, yaxınlığında bentonit gil yatağı var.