DAŞ VEYSӘLLİ – Azərb. Resp. Cəbrayıl r-nunun Minbaşılı ə.d.-ndə kənd. R-n mər kəzindən 3 km c.-da, Gəyan düzündədir. Әh. 1314 (2011); işğaldan (1993, avqust) əvvəl taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıqla məşğul olmuşdur. Orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var idi.