DAŞBAŞI – Azərb. Resp. Xocavənd r-nunun Arakül ə.d.-ndə kənd. R-n mərkəzindən 74 km c.-q.-də, dağətəyi ərazidədir. Әh. 60 (2011); işğaldan (1992, oktyabr) əvvəl maldarlıq və üzümçülüklə məşğul olmuşdur. Orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.