DAŞBULAQ – Azərb. Resp. Xocalı r-nunda kənd. Daşbulaq ə.d.-nin (Badara, Xanйeri, Qayabaşı, Suncinka k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 10 km q.-də, Bədərə çayının (Qarqar çayının qolu) sol sahilində, Qarabağ silsiləsinin şm.-ş. ətəyindədir. Әh. 700; işğaldan (1992, fevral) əvvəl heyvandarlıq, taxılçılıq, bağçılıq və üzümçülüklə məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, xəstəxana, baytarlıq məntəqəsi, rabitə şöbəsi var idi.