DAŞDALIQCAR – Azərb. Resp. Lənkəran r-nunun Mamusta ə.d.-ndə kənd. R-n mərkəzindən 16 km c.-da, Lənkəran–Astara avtomobil yolu kənarında, Lənkəran ovalığındadır. Әh. 1463 (2011); tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Ümumi orta məktəb, uşaq bağçası, klub, kitabxana, feldşer-mama məntəqəsi var.