DAŞKӘND – İrəvan xanlığının Göyçə mahalında (9.9.1930 ildən Basarkeçər, 11.6.1969 ildən Vardenis r-nu) azərb.-ların yaşadığı kənd. 1919 ilin yanvarında kənd ermənidaşnak hücumuna məruz qalmış, əhalisi qovulmuş, kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922 ildə kəndin azərb. əhalisi geri qayıtmış, lakin 1988 ildə kəndin azərb. əhalisi növbəti dəfə deportasiyaya məruz qalmışdır. 19.4.1991 ildə kəndin adı dəyişdirilərək Hayrk qoyulmuşdur.