DAŞKӘND – Azərb. Resp. Xocalı r-nunun Şuşikənd ə.d.-ndə kənd. R-n mərkəzindən 12 km c.-da, Xankəndindən 3 km c.-ş.-də, Qarqar çayının sağ sahilində, dağlıq ərazidədir. Әh. 80; işğaldan (1992, fevral) əvvəl əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. İbtidai məktəb, tibb məntəqəsi var idi.