DAŞKӘND MİNERAL SU BULAQLARI – Özbəkistanda balneoloji kurort. Daşkənd ş.-nin 20 km-liyindədir. Yayı isti (iyulda orta temp-r 27 °C), qışı mülayimdir (yanvarda orta temp-r –1°C); yağıntının illik miqdarı təqr. 370 mm. Suyundan içmək və vanna qəbulu üçün istifadə olunur. Balneoloji tərkibi:
Dayaq və hərəkət orqanları, periferik sinir və həzm sistemləri, ginekoloji, dəri xəstəliklərinin müalicəsində istifadə olunur.