DAŞKӘSӘN – Azərb. Resp. Cəbrayıl r-nunun Süleymanlı ə.d.-ndə kənd. R-n mərkəzindən 12 km şm.-ş.-də, Qarabağ silsiləsinin ətəyindədir. Әh. 583 (2011); işğaldan (1993, avqust) əvvəl taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıqla məşğul olmuşdur. Orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var idi.