DAŞKӘSӘN – Azərb. Resp. Daşkəsən rnunda qəsəbə. Daşkəsən ə.d.-nin (Daşkəsən, Quşçu, Quşçu körpüsü qəs.-ləri, Aşağı Daşkəsən k. daxildir) mərkəzi. R-n mərkəzindən 5 km şm.-ş.-də, Daşkəsən–Gəncə avtomobil yolu kənarında, Qoşqar çayının (Kür çayının qolu) sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Әh. 1665 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. 3 tam, 2 ümumi orta məktəb, texniki peşə məktəbi, 3 uşaq bağçası, 3 klub, 4 kitabxana, 2 tibb məntəqəsi, ambulatoriya var.