Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DAŞKƏSƏN DƏMİR VƏ KOBALT FİLİZİ YATAĞI

    DAŞKӘSӘN DӘMİR VӘ KOBALT FİLİZİ YATAĞI – Azərb. Resp. Daşkəsən r-­nu ərazisində, Kiçik Qafqazın yüksək dağlıq (1600–1800 m) sahəsində, Gəncə ş.-ndən 35 km c.-­q.­-dədir. E.ə. 1-­ci minillikdən məlumdur.  1954 ildən istismar olunur. Ya­taq 4 sahədən (Şimal­-Qərb–Şimal­-Şərq sa­hələri, bilavasitə Daşkəsən yatağının özü, Cənub­-Şərq–Cənub-Qərb sahələri və Cə­nubi Daşkəsən yatağı) ibarətdir.

    Yatağın geol. kəsilişində aşağıdan yu­xarı Üst Bayönün (Bayosun) kvarslı porfir tufları, tuflu alevritlər qatı; Batın aqlomerat tufları, porfiritlər və tuffitlərin lay dəstəsi; Oksford-Kimmericin əhəngdaşı lay dəstəsi; Kimmericin tuf və tuffitlər lay dəstəsi; Kim­meric­-Tabaşirin ekstruziv diabaz porfiritləri iştirak edir. Bu lay dəstələrini qabbroid və qranitoid intruzivləri kəsir; intruzivlər üçün hibridlilik xarakterikdir. Yatağın geol.  quruluşundakı süxurlar şm.­-q. istiqamətdə (310°) uzanmış və qanadları az (10–12°) meyilli olan Daşkəsən sinklinalını təşkil edir.

    Şm.­ q. və qismən də eninə istiqamətli dizyunktiv dislokasiyaların təsirindən yataq tektonomorf (pilləli) quruluşludur. Dəmir filizi qatı Üst Kimmeric yaşlı vulkanogen süxurların alt hissəsində və Üst Oksford – Alt Kimmeric yaşlı əhəngdaşı qatında linzavarı formada və lay şəklində yatır.  Kobalt filizləşməsi həm skarn dəmir yataqlarında linza, yuva və möhtəvi, həm də ayrıca filiz damarı şəklindədir. Daşkəsəndə 110­-dan artıq mineral təyin edilmişdir. Bunlardan daşkəsənit və kalsikopiapit (tussit) yeni minerallardır. Daşkəsən yatağında eyni tipli kontakt­metasomatik yataqlardan fərqli olaraq karbonat süxurlar əvəzinə alümosi­likat süxurlar skarnlaşmışdır. Yatağın əmələ gəlməsində yer təkinin ən dərin hissələrin­dən qalxmış Ca, Fe, Co elementlər üçlüyünün böyük təsiri olmuşdur. Bu üç əsas ele­mentlərlə yanaşı, metasomatoza məruz qalmış ilkin süxurlar içərisindəki Ca və Mg da skarnlaşma prosesində iştirak etmişdir.

    Daşkəsən filiz r­nunun c.-­ş. hissəsində, Daşkəsən sinklinalının c. qanadında “Də­mir” (yatağı kəşf etmiş geoloqun adına) və bundan bir qədər ş.­-də Dardərə filizli sahələri aşkar edilmişdir. D.d. və k.f.y.­-nda A+B+C1 kateqoriyaları üzrə 252,4 mln. t, C2 kateqoriyası üzrə isə 12,7 mln. t filiz ehtiyatı hesablanmışdır. Filizdə dəmirin orta miqdarı 36,5%, kobaltın orta miqdarı 0,53–0,60%-­dir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA