DAŞKӘSӘNİT (Daşkəsən ş.-nin adından) – amfibol qrupuna aid mineral; xlorla zəngin (7,2%ə qədər) ferrohastinqsit. Monoklinik sinqoniyada kristallaşır. Yaşıl, göyümtül-yaşıl, yaşılımtıl-qəhvəyi, qəhvəyi, tünd göy, qara rəngdə olur. Sərtliyi 5–6, sıxlığı 3120–3270 kq/m3. Nefelinli siyenitlər üçün səciyyəvidir. Həmçinin qranodioritlərdə, kvarsdioritlərdə və dioritlərdə rast gəlinir. Mineralın kontakt-metasomatik əmələgəlmələri skarnlarda bəzən iri yığıntılar əmələ gətirir. Daşkəsən dəmir və kobalt yatağında kontaktmetasomatik süxurlarda geniş yayılmışdır. Yataqları Kanadada (Hastinqs dairəsi) və RF-dədir (Kola ya).