DAŞQALA – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (31.12.1937 ildən Ağin, 12.10.1961 ildən Ani r-nu), Arpa çayı boyunda azərb.-ların yaşadığı kənd. 1826– 29 illərdə Rusiya-İran müharibəsi zamanı kənd dağıdılmış, əhalisi qovulmuş, kənd xarabalığa çevrilmişdir. Bir müddət sonra kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 3.2.1947 ildə kəndin adı dəyişdirilərək Karaberd qoyulmuşdur.