DAŞLI, D a ş l ı q a y a – İrəvan xanlığı Vedibasar mahalının (9.9.1930 ildən Vedi, 15.5.1968 ildən Ararat r-nu) Cığındərə bölgəsində, Vedi çayının sahilində azərb.-ların yaşadığı kənd. 18 əsrə aid mənbələrdə kəndin adı Daşlıqaya, 19 əsrdən etibarən isə Daşlı kimi qeydə alınmışdır. 1918–20 illərdə erməni-daşnak təcavüzünə məruz qalan kənd dağıdılmış, əhalisi Cənubi Azərb.-a mühacirət etmişdir. 1922 ildə kənd əhalisinin bir hissəsi geri qayıtmış və İrandan, Türkiyədən gəlmə ermənilərlə yanaşı yaşamağa məcbur olmuşlar. 1948 ildə kəndin azərb. əhalisi Azərb.-a deportasiya olunmuş, onların evlərində xaricdən köçürülmüş ermənilər yerləşdirilmişdir. 3.7.1968 ildə kəndin adı dəyişdirilərək Daştakar qoyulmuşdur. Sonralar geri qayıtmış azərb.-lar 1988 ildə yenidən kənddən qovulmuşlar.