DAŞLI – Azərb. Resp. Laçın r-nunda kənd. Daşlı ə.d.-nin (Daşlı, Hətəmlər, Kaha, Narışlar, Vəlibəyli k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 55 km şm.-q.-də, Çalbayır silsiləsinin ətəyində, Şəlvə çayının (Həkəri çayının sağ qolu) hər iki sahilindədir. Әh. 743 (2011); işğaldan (1992, may) əvvəl əkinçilik, bağçılıq, bostançılıq, heyvandarlıq və arıçılıqla məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, feldşermama məntəqəsi, rabitə şöbəsi, çörəkbişirmə sexi var idi.