DAŞLI ÇALĞAN – Azərb. Resp. Siyəzən r-nunun Məşrif ə.d.-ndə kənd. R-n mərkəzindən 18 km q.-də, Baş Qafqaz silsiləsinin şm.-ş. ətəyində, Gilgilçayın sol sahilindədir. Әh. 195 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Ümumi orta məktəb, kitabxana, feldşermama məntəqəsi var.