DAŞMӘRDAN – Azərb. Resp.-nda palçıq vulkanı. Qobustanda, Pirsaat çayının sol sahilində, Umbakı neft-qaz yatağının c.-q.-indədir. Vulkan c. yamacı dik, şm. yamacı isə az meyilli olan yastı konusşəkilli yüksəklikdən ibarətdir. Hünd. 513 m-dir. Tektonik cəhətdən eyniadlı antiklinalın tağ hissəsindən keçən uzununa qırılma ilə əlaqədardır. 21.11.1959 (əvvəlki püskürmələr haqqında məlumat yoxdur) və 12.5.2011 illərdə güclü püskürmüşdür. Fəaliyyətdə olan sopka, salz və qrifonlardan qaz, su və neft pərdəsi olan palçıq axır. Sopka brekçiyasının həcmi 2 mln. m3, yayıldığı sahə 3400 ha-dır.
Дашмярдан палчыг вулканы.