DAŞNOV – İrəvan xanlığı Vedibasar mahalının (9.9.1930 ildən Vedi, 15.5.1968 ildən Ararat r-nu) Cığındərə bölgəsində, Vedi çayının sahilində azərb.-ların yaşadığı kənd. 1826–28 illər Rusiya-İran müharibəsi zamanı kənd böyük dağıntılara məruz qalmış və uzun müddət bərpa olunmamışdır. 1920-ci illərin onlarında kənd azərb.-lar tərəfindən yenidən abadlaşdırılmışdır; 1949 ildə əhalisi Azərb.-a deportasiya olunmuşdur.