DAŞTATÜK – Azərb. Resp. Lənkəran r-nunun Xanbulan ə.d.-ndə kənd. R-n mər kəzindən 23 km c.-q.-də, Vəşəru çayının sahilində, Lənkəran ovalığındadır. Әh. 898 (2011); tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Ümumi orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi var.