DAŞÜZ – Azərb. Resp. Şəki r-nunda kənd. Daşüz ə.d.-nin (Daşüz, Daşbulaq k.-ləri və Çələbixan qəs. daxildir) mərkəzi. R-n mərkəzindən 16 km c.-q.-də, Daşüz silsiləsinin şm.-ş. yamacında, Yevlax–Balakən d.y. və avtomobil yolu kənarındadır. Әh. 1082 (2011); əkinçilik və maldarlıqla məşğuldur. Tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, atçılıq idman məktəbi, Resp. Atçılıq turizm mərkəzi var.