DAŞÜZ SİLSİLӘSİ – Azərb. Resp.-nda dağ silsiləsi. Acınohur öndağlığının şm.-q.-ində, Qanıx (Alazan) və Göyçay çayları arasındadır. Şm.-dan AlazanHəftəran vadisi ilə əhatə olunur. C.-da çökəkliklər vasitəsilə Bozdağ silsiləsindən ayrılır. Uz. təqr. 120 km, hünd. 800 m-ədəkdir. Әlican və Türyan çayları ilə kəsilmişdir. Çöl və yarımsəhra landşaftı var. Otlaqdır.