DATOLİT (yun. δατέομαι – bölmək vəλίθος – daş) – silikatlar qrupuna aid mineral – CaBSiO4(OH). Monoklinik sinqoniyada kristallaşır. Qısa prizmatik, lövhəvi kristallar və dənəli, radial şüavarı, lifli aqreqatlar əmələ gətirir. Rəngsiz, ağ, açıq-yaşıl, açıq-sarı, çəhrayı və s. olur. Şüşə parıltılıdır. Sərtliyi 5–5,5, sıxlığı 3000 kq/m3. Skarnlarda, hidrotermal filiz damarlarında və əsasi tərkibli maqmatik süxurların badamcıqlarında rast gəlinir. Bor filizlərinin tərkibinə daxildir. Bor və onun birləşmələrinin alınması üçün xammaldır. RF-də (Primorye, Ural, Kamçatka), Ukraynada (Krım), həmçinin Almaniya, Norveç, ABŞ,
Yaponiyada yataqları var.
Датолит. Далнегорск (РФ).