DAÚNTON MӘRTӘBӘSİ [B. Britaniya, Uels, Daunton qəsrinin adından] – Silurun üst mərtəbəsi. 1879 ildə Ç. Lapuors tərəfindən ayrılmışdır. Brekçiya (kəsilişin daban hissəsində), qumdaşı, alevrolit, argillit və qırmızı rəngli mergellərdən ibarətdir. Çexi yanın Devona keçid olan Prijidol layları ilə tutuşdurulur. D.-m.-nin çöküntüləri Uelsdə, Şotlandiyada və İrlandiyada yayılmışdır.