DAUNVÉLLİNQ (ing. down – aşağı və well – tökülmək) – okeanda suyun səthdən dərinliyə doğru, bəzən onun dibinə qədər şaquli hərəkəti prosesi. Sahilboyu zonada D. sahilə tərəf, yaxud sahil boyu əsən küləklərlə (Şimal yarımkürəsində sağ sahildə, Cənub yarımkürəsində sol sahildə, məs., Şimali və Cənubi Amerikanın ş. sahilləri), eləcə də apvellinqi yaradan qüvvələrin zəif ləməsi ilə yaranır. Açıq okeanda D. antisik lonların yaratdığı burulğanlarda, axınların konvergensiya (görüşmə) zonalarında, aralıq və dərinlik su kütlələrinin formalaşdığı ərazilərdə (məs., Antarktidanın ətrafında) müşahidə olunur. Apvellinq zonalarından fərqli olaraq, D. zonaları, bir qayda olaraq, bioməhsuldarlığının aşağı olması ilə fərqlənir.