DAÚR SİLSİLӘSİ – RF-də, Baykalarxası diyar ərazisində orta yüksəklikli silsilələr və dağ massivləri sistemi. Qranit və kristallik şistlərdən ibarətdir. Cila çayının yuxarı axınından Uldurqa çayının mənbəyinədək şm.-ş. istiqamətində 300 km-lik məsafədə uzanır. Hünd. 1309 m-ədək. Çoxillik donuşluq və donuşluq relyef formaları, yamaclarında iynəyarpaqlı və enliyarpaqlı meşələr yayılmışdır.