DAVIDOV Boris Vladimiroviç (1883–30.9.1925, Leninqrad) – rus hidroqrafı və geoezisti. 1908 ildə Dəniz akademiyasının hidroqrafiya şöbəsini bitirdikdən sonra Baş astronomiya rəsədxanasında (Pulkovsk) astronomiya və geodeziya sahələri üzrə ixtisaslaşmışdır. 1910 ildə Şimal Buzlu okeanı hidroqrafiya ekspedisiyası tərkibində “Taymır” buzqıran gəmisinə komandir təyin olunmuş və Dejnyov burnundan tutmuş Kolıma çayının mənbəyinədək bir sıra məntəqələrin koordinatlarını müəyyənləşdirmişdir. 1913–19 illərdə rəhbərlik etdiyi Sakit okean hidroqrafiya ekspedisiyası Oxot və Berinq dənizi sahillərinin planını tərtib etmişdir. 1920–23 illərdə “RSFSR sahillərinin, Oxot dənizi və Karagin a.-da daxil olmaqla Kamçatka yanın ş. sahillərinin losiyası” əsərini çap etdirmişdir. 1924–25 illərdə “Krasnıy-Oktyabr” buzqıran gəmisində Vrangel a.-na yan almış və burada sovet bayrağını qaldırmışdır; buradakı körfəzəonun adı verilmişdir.