DAVÓS – İsveçrənin ş.-ində, Qraubyunden kantonunda dağiqlim kurortu. Әh. 11 min (2007). Reti Alp d-rında, təqr. 1560 m yüksəklikdə yerləşir; iynəyarpaqlı meşələr və Alp çəmənləri ilə örtülü yüksək dağlarla əhatə olunmuş geniş dərədədir. Yumşaq dağ iqlimi (orta tempr yanvarda –7,4°C, iyulda təqr. 12°C) var; günəşli və aydın günlərin sayı çoxdur. İllik yağıntı təqr. 900 mm. Nəfəs orqanları xəstəlikləri (o cümlədən ağciyər vərəmi), bəzi dəri və göz xəstəlikləri müalicə olunur. Sanatoriyalar və digər kurort müəssisələri, otellər, Tibbi və Yüksək dağ iqlimi ETİ, Milli Qar və Qar uçqunları Tədqiqatı İn-tu var. Turizm və qış idmanı mərkəzidir.
Давос шящяриндян эюрцнцш.