DAYAMANTİNA (Diamantina) – Mərkəzi Avstraliyanın ş.-ində, Kvinslend ştatı ərazisində çay. Uz. təqr. 750 km. Seluin silsiləsindən başlanır, Mərkəzi hövzənin səhra və yarımsəhra düzənliklərindən keçərək c.-q.-ə axır. Qoyders-Laqun (Cənubi Avstraliya ştatı) yaşayış məntəqəsi yaxınlığında qumlarda itir.
Дайамантина чайы.