DAYIKӘND – Azərb. Resp. Salyan r-nunun Sarvan ə.d.-ndə kənd. R-n mərkəzindən 15 km c.-q.-də, Әlət–Astara avtomobil yolu kənarında, düzənlikdədir. Әh. 1399 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var.