DAYLAQLI (2003cü ilədək Әzizbəyov) – Azərb. Resp. Şahbuz r-nunda (Nax. MR) kənd. Daylaqlı ə.d.-nin (Daylaqlı, Kiçikoba k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 4 km c.-q-.də, Naxçıvan–Laçın–Yevlax avtomobil yolunun kənarında, Naxçıvançayın (Araz çayının qolu) sahilindədir. Әh. 411 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi var.