DAYSETSUDZÁN (yaponca – Böyük qarlı dağ), T o k a t i – Yaponiyada, Hokkaydo a.-nın mərkəzi hissəsində dağ silsiləsi. Uz. təqr. 100 km. Hünd. nöqtəsi 2290 m (sönmüş Asaxi vulkanı – adanın ən hündür zirvəsi). Qranit, qumdaşı, kvarsit və şistlərdən ibarətdir. Göllər, şəlalələr, termal sular var. Yamaclarını dağ tayqası tutur. Buradakı Daysetsudzan Milli Parkında (sah. 231,9 min ha; 1934 ildə yaradılmışdır) qonur və ağsinəli ayılar, samur, yapon makakası, endemik süzən və s. məskunlaşmışdır.
Дайсетсудзан Милли Паркы.