DEJNYÓV Semyon İvanoviç (təqr. 1605, Dvina qəzası – 1673 ilin əvvəli, Moskva) – rus səyyahı. 17 əsrin 40-cı illərində rus səyyahı M. Staduxin və b. ilə birlikdə Sibirin şm. kənarına səfərlərdə iştirak etmiş, Oymyakonda olmuş, İndigirka çayı ilə Şimal Buzlu okeanına, 1643 ilin yayında dəniz yolu ilə Kolıma çayının mənsəbinə çatmışdır. 1648 ildə Popovla (Fedot Alekseyev) birlikdə Kolımadan Çukot y-a-nın sahili boyunca üzərək Berinq dənizinə keçmiş və əslində birinci olaraq Berinq boğazını kəşf etmişdir. Sonrakı illərdə D. Anadır çayının və Anyuy çayının bir hissəsinin çertyojunu çəkmiş, öz dəniz səyahətini və Anadır ölkəsinin təbiətini təsvir etmişdir. Asiyanın ş. qurtaracağında burun və Berinq dənizinin q. sahilində körfəz D.-un şərəfinə adlandırılmışdır.