DEJNYÓV BURNU – RF-də, Çukot y-a-nda Asiya materikinin ş. qurtaracağı (169°40′). Dənizə doğru dik düşən yastı zirvəli dağ massividir (hünd. 741 m). 1648 ildə ilk dəfə həmin burnu Popovla (Fedot Alekseyev) birlikdə dolanıb keçmiş rus dəniz səyyahı S.İ. Dejnyovun şərəfinə adlandırılmışdır (1879).