DEJNYÓV KÖRFӘZİ – Berinq dənizinin Asiya materikinin ş. sahilində körfəz. Girişdə eni 24 km, dərinliyi 13–24 m-dir. Sahilləri hündür, sıldırımlıdır; riflərlə müşayiət olunur. Körfəzə Ukelayat və Kiçik Ukelayat çayları tökülür. Yarımsutkalıq qabarmalar (hünd. 2 m-ədək) olur.