Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DEKAN YAYLASI

    DEKÁN YAYLASI (sanskritcə “dakşina” – cənub) – Hindistan y­a­nın daxili his­ səsində, Narmada (şm.­-da) və Kaveri (c.­-da) çayları arasında yayla. Qərbi və Şərqi Qat d-­rı ilə sərhədlənir. Sah. təqr. 1 mln. km2. Platovarı relyefi var; Mezozoy və Pa­ leogen­-Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 -ə çatan laterit aşınma qabığı xarak­ terikdir. Şm.­-q.­-də enlik istiqamətində hünd. 1000–1500 m olan struktur­-denuda­sion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır.

    D.y. tektonik cəhətdən Arxey yaşlı kris­tallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey­-Fanerozoy çöküntüləri ilə örtülmüşdür. Yaylanın şm.-­q. hissəsini Üst Ta­başir–Paleosenin qalın (1500–1800 m) platobazaltları (trapplar) tutur. Bazalt örtü­ yünün sah. 520 min km2­dən çoxdur. Fay­dalı qazıntıları: dəmir, mis, manqan, xrom, qızıl filizləri, nadir və radioaktiv element­lər, daş kömür və s.

     Декан йайласы. Пуна шящяри йахынлыьында Декан платобазалтлары (трапплары).

    İqlimi subekvatorial mussondur. Orta temp­r yanvarda 21–24°C, mayda (ən isti ayda) 29–32°C­-dir. İllik yağıntı mərkəzi hissədə 500–700 mm, dağların küləktutan yamaclarında 2500–3000 mm­-dir. Mühüm çayları: Narmada, Tapti, Qodavari, Krişna, Kaveri. Çay dərələri mərkəzi hissədə enli, yuxarılarda dar və dik yamaclıdır. Әksər çayların orta axınında iri suvarma sistem­ləri yaradılmışdır. Suvarma və su təchiza­tında istifadə edilən 150­-dən çox su anbarı var.

    Qırmızı ferralit, bazalt örtüyü üzərində isə qara tropik torpaqlar (requrlar) yayıl­mışdır. Dağların küləktutan yamacları mus­son xəzan meşələri, yaylanın mərkəzi hissəsi seyrək meşə və quru savannalar, q.-­i səhralaşmış savannalarla örtülüdür. En­demik meşələr (hind palıdı, terminaliya, sal ağacı, dəmirağac, bambuk) yayla ərazisinin 10%­-dən az bir hissəsində (dağ və təpələrin yamaclarında) qalmışdır. Әrazinin 65%­-dən çoxu şumlanmışdır; qalan hissəsindəki seyrək meşə və kolluqlar isə otlaq kimi is­tifadə nəticəsində məhv olmuşdur. D.y.-nın faunası, nəsli kəsilməkdə olan növlər (hind fili, benqal pələngi, dırnaqlıların, quş və sü­rünənlərin bir neçə növü) daxil olmaqla, qoruqlar və milli parklar şəbəkəsində qoru­nur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA