DEQLYASİÁSİYA (lat. de – önşəkilçi, uzaqlaşma mənasında, glacies – buz) – qurunun və dəniz akvatoriyasının buz örtüyü və üzən buzlaqlardan azad olması prosesi. D. iqlimin istiləşməsi və buzlağın atmosfer çöküntüləri ilə qidalanmasının zəifləməsi nəticəsində baş verir; buzlaq örtüklərinin kənarları geri çəkilir, dərə buzlaqlarının uz. qısalır və s. Sonuncu iri D. Son Pleystosendə, təqr. 17 və 10-cu minilliklər arası bundan öncə baş vermişdir.