DEQTYÁRSK KOLÇEDAN YATAĞI – RF-də, Sverdlovsk vil.-nin Revda r-nu əra isindədir. Orta Uralın ş. yamacında, Çusovaya çayının yuxarı axınında yerləşir. Ural miskolçedan qurşağına daxildir. 1888 ildə kəşf olunub. 1914 ildən yeraltı üsulla istismar olunur. Filiz kütləsinin uz. təqr. 5 km-dir. Әsas filiz mineralı pirit, ikincidərəcəli mineralları sfalerit və xalkopiritdir; qalenit, tennantit, arsenopirit, kovellin, bornit, xalkozinə də rast gəlinir. Faydalı filiz komponentləri mis, kükürd, sinkdir. Hasilat mərkəzi Deqtyarsk ş.-dir.