DELAQÓA – körfəz, Afrikanın c.-ş. sahillərində Hind okeanının ən yaxşı limanlarından biri. Uz. təqr. 112 km, eni 25–40 km, dərinliyi 16 m-ədəkdir. Sahilləri alçaq, bataqlıqlaşmış, meşə ilə örtülüdür. Körfəzə tökülən çayların mənsəbini su basmış və əlverişli buxtalar əmələ gəlmişdir. İri portu – Maputu (Mozambik).