DELAMİNÁSİYA (lat. delamino – təbəqələrə ayırmaq), g e o d i n a m i k a d a – kon tinental yer qabığının alt hissəsinin üst mantiya qatı ilə birlikdə ağırlıq qüvvəsinin təsiri altında astenosferə lay-lay çökməsi prosesi.D. adətən, yer qabığı qalınlığının artmasından öncə baş verir. Kontinental litosferin D. modeli 1970-ci illərdə təklif olunmuşdur. Litosfer qalınlığının azalması, istilik axını nın yüksəlməsi, yüksək temp-r və aşağı təzyiqli metamorfizmin baş verməsi, bazalt vulkanizmi və bəzi orogenlərin tez bir zaman ərzində qalxması (məs., Şimali Ameri kanın q.-ində Kolorado platosu) D. ilə izah olunur.