DÉLAVER (Delaware) – ABŞ-ın ş.-ində çay. Uz. 660 km, hövzəsinin sah. 31,1 min km2. Appalaç sistemində Katskill d-rından başlanan Qərbi D. və Şərqi D. çaylarının qovuşmasından yaranır. Pidmont platosu və Atlantikayanı ovalığından keçərək, Atlantika okeanının Delaver körfəzinə tökülür. Әsasən qar və yağış suları ilə qidalanır. Yazda gursuludur, il boyu daşqınlar səciyyəvidir. Ortaillik su sərfi 350 m3/san-dir (maks. 9 min m3/san, minimal 35 m3/san). Dəniz qabarmaları çay yuxarı 210 km-ədək qalxır. Trenton ş.-nədək gəmiçiliyə yararlıdır. Filadelfiya, Uilminqton ş.-ləri D. sahilindədir.
Делавер чайы.