DELİNNE – RF-də, Saxa (Yakutiya) Resp.-nda çay. Tompo çayının (Aldan çayı hövzəsi) sağ qolu. Uz. 357 km, hövzəsinin sah. 12,5 min km2. Elgi yaylasından başlanır, dağlıq ərazidə axır. Yuxarı axınında eyniadlı göldən keçir. Qar və yağış suları ilə qidalanır. Sağ qolu – Noluçu.