DELL (alm. Delle – çala, çökəklik) – az meyilli yamacda daimi axını olmayan xətti uzanmış, yastı dibli dayaz dərə. Uz. onlarca m-dən 1000 m-ədək və daha çox, eni 5–20 m, dərinliyi 1 m-ədək olur. Qar və yağış sularının birgə fəaliyyəti nəticəsində yaranır. Yamac aşağı tədricən birbirilə birləşərək yatağı aydın seçilən, xətti eroziya şırımlarına keçir. Quraq dövrdə aşınma qabığının məhsulları aşağıya doğru sürüşərək D.-i doldurur.