DELÓNQ ADALARI – RF-də, Şərqi Sibir dənizində, Novosibirsk a-rı arxipelaqında adalar (Jannetta, Henriyetta, Bennetta, Vilkitski, Joxov) qrupu. Saxa (Yakutiya) Resp. tərkibindədir. Ümumi sah. 228 km2. Hünd. 426 m-ə (Bennetta a.-nda) qədərdir. Bazalt və qumdaşıdan ibarətdir. Sahəsinin təqr. yarısı buzlaqlarla örtülüdür. Qütb tədqiqatçısı C.De-Lonqun şərəfinə adlandırılmışdır.
Де-Лонг адалары. Беннетта адасы сащилляри.