Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DELTA

    DÉLTA (yunan əlifbasının baş hərfi Δ-­ya oxşarlığından; ilk dəfə Herodot Nil çayının deltası üçün qeyd etmişdir) – çayların aşağı axınlarında çay qolları şəbəkəsi ilə parça­lanmış çay çöküntülərindən ibarət ovalıq. D. çay axımı, dəniz dalğaları, qabarma-­çə­kilmə və gətirmə­qovulma axınlarının mürəkkəb qarşılıqlı təsiri nəticəsində yaranır. Çay məcrasındakı qısa dil və dayazlıqlar (saylar) daşqın zamanı getdikcə böyüyür və məcranı qollara parçalayan adalara çev­rilir. Çay gətirmələrinin çoxluğu, su hövzəsi səviyyəsinin düşməsi (yaxud sahilin tek­tonik qalxması), çayın töküldüyü hövzənin dayazlığı D.­-nın böyüməsi üçün əlverişli şərait yaradır. Qabarma­çəkilmə və gətirmə­ qovulmanın qüvvətli olması və su hövzəsi səviyyəsinin tez qalxması D. əmələ gəlmə­sinə maneçilik törədir. D.­ların böyümə sü­rəti ildə bir neçə m-­dən bir neçə yüz m­-ə­dək, bəzən 10 km­-ədək (Xuanxe çayı) olur.

     Меконг чайынын делтасы. Вйетнам.

    D.­-lar əmələ gəlmələrinə və inkişaf mər­hələlərinə görə bir neçə tipə ayrılır: dimdik­varı (Kür, Maqdalena, Tibr), pərli (Missisi­pi), təcrid edilmiş (Kamçatka), qövsvarı (Niger, Nil, Yana), çoxadalı (Volqa). Dəniz, göl, qabarma, çoxqollu, azqollu D.­-larını ayırırlar. İri çayların D.­-ları bəzən çox geniş sahə tutur (Amazon çayı D.­-nın sah. 100 min km2 ­dən çox, Qanq və Brahmaputra çaylarının ümumi D.­-nın sah. təqr 100 min km2, Lenanınkı 32 min km2, Volqanınkı 19 min km-dir). Kür çayı Xəzər dənizinə tö­küldüyü yerdə sah. 100 km2 olan D. əmələ gətirmişdir. Dəniz səviyyəsinin qalxması D.­-nın genişlənməsinə səbəb olur. Belə ki, 1978–95 illərdə Xəzər dənizi səviyyəsinin 2,5 m qalxması Kür, Sulak və Ural çayları D.-­larında sahilyanı ərazilərin su altında qalması ilə nəticələndi. D.­-lar quru sahəsi­nin təqr. 3%­-ini tutur. D. düzənliyini çay çö­küntüləri (qumlar, alevritlər, gillər, bəzən çaqıl daşları), göl çöküntüləri (gillər, torflar) və sahil­dəniz çöküntüləri (qumlar, əhəng­ daşılar) təşkil edir. Bəzən müasir D. çökün­tülərinin altında neft və yanar qazlar üçün kollektor rolunu oynayan qədim D. çöküntüləri yatır (məs., Volqa çayının qədim D. çöküntüləri). D. çöküntüləri ilə çox vaxt daşınmaya davamlı mineralların (zirkon, il­menit, rutil, monasit, almaz), bəzən isə da­şınmaya azdavamlı mineralların – kassiter­ itin, qızılın, platinin (onların köklü mənbəyi yaxınlıqda olduqda) səpinti yataqları əlaqə­dardır.

     Лена чайынын (РФ) делтасы. Космосдан
    эюрцнцш.

    D.-­lar üçün yüksək bioloji məhsuldar­lıq, bitkilər aləminin rəngarəngliyi (qamış­lıqlar, tuqay və manqr meşələri və s.) xarak­terikdir. Әksər D.-­larda çoxsaylı qorunan ərazilər, o cümlədən beynəlxalq əhəmiyyətli su­bataqlıq yerləri (məs., Dunay çayı del­tası), YUNESKO-­nun biosfer qoruqları (məs., Ronanın D.­nda Kamarq qoruğu) və Ümumdünya irsi siyahısına daxil edilmiş sahələr (məs., Qanq və Brahmaputra çayları D.­-nda Sundarban qoruğu) yaradılmışdır. Torpaqlarının münbit və rütubətli olması bir çox D.­-larda (məs., Qanq və Brahmapu­tra, Hind, Mekonq, Nil, Xuanxe, Yantszı və s.) intensiv suvarma əkinçiliyinə şərait yaratmışdır. Әksər D.-­larda iri sənaye və port şəhərləri yerləşir. Bəzi D.-­lardan isti­rahət və turizm məqsədilə istifadə olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA